Medianews.az
Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq -
96 baxış
Yüklə

Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏB

Yaponiya 2030-cu illərin ortalarına qədər orduda qadınların sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb yeni hərbçilərin işə cəlb edilməsində yaşanan çətinliklərdir.

Qeyd olunur ki, 250 min vakant yerin təxminən 10 faizi dolmayıb.

Bu il qarşıya qoyulan yeni hədəf 2036-cı ilin martına qədər Yaponiyanın Özünümüdafiə Qüvvələrində qadın hərbi qulluqçuların payını 13%-ə çatdırmaqdır (hazırda bu göstərici 9%-dir).

Nazirlik qadınlar üçün xidmət şəraitin yaxşılaşdırılacağını vəd edib. Xüsusilə, gəmilərdə ayrıca tualet, hamam və yaşayış otaqlarının təchiz edilməsi nəzərdə tutulur.

Bizə qoşulun