Medianews.az
Şair Gəray Göyyurdun yeni kitabı işıq üzü görüb
392 baxış

Şair Gəray Göyyurdun yeni kitabı işıq üzü görüb

Şair Gəray Göyyurdun “Bizim ailəmizdir dost, qardaş Türk dünyası” adlı yeni kitabı işıq üzü görüb.

Medianews.az xəbər verir ki, “Zərdabi Nəşr” MMC-nin çap etdiyi 248 səhifəlik kitabın redaktoru Fəxri Uğurludur.

“Bizim ailəmizdir dost, qardaş Türk dünyası” Gəray Göyyurdun şanlı Qarabağ Zəfərinə həsr etdiyi altıncı şeir kitabıdır.

Kitab Azərbaycanla Türkiyə arasındakı mövcud olan sarsılmaz dostluğa və qardaşlığa həsr olunub.

Kitabın annotasiyasında vurğulanır ki, ürəyi vətən məhəbbətiylə döyünən şairin müqəddəs sevgisi bütün Türk dünyasına şamil edilərək daha böyük məna kəsb etməkdədir: “Gəray Göyyurdun hər bir şeir və poemasında bu ali ideyanın tərənnümü özünü bariz şəkildə göstərir. Şanlı Zəfərimizdən doğan qürur və məmnunluq bu şeirləri oxuyan hər kəsin ürəyindən xəbər verəcək desək, yəqin ki yanılmarıq. İki qardaş dövlətin dostluq və qardaşlığının hörmətli Prezidentimiz İlham Əliyev və sayın Cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan tərəfindən daha yüksək zirvələrə qaldırılması Gəray Göyyurd tərəfindən sadə şeir diliylə, səmimiyyətlə və sayğıyla kitab boyu alqışlanır! Şəhidlərimizin ruhuna, qazilərimizin igidliyinə, ordumuzun zəfərinə, Azərbaycan və Türkiyənin bir yumruq kimi birliyinə minnətdarlıq hissiylə yazılmış bu dəyərli kitabı məmnuniyyətlə oxucularımıza təqdim edir və Gəray Göyyurdun çox böyük inamla tərənnüm etdiyi Turanın qurulacağı günü səbrsizliklə gözləyirik!”

Medianews.az

Bizə qoşulun