Medianews.az
Çində daşqın zamanı 900-ə yaxın ilan fermadan qaçdı:
90 baxış

Çində daşqın zamanı 900-ə yaxın ilan fermadan qaçdı: Zəhərli kobralar kəndə yayıldı

Çinin Henqjou əyalətinin Denqvey kəndində Maysak tayfununun yaratdığı güclü daşqınlar nəticəsində ilan fermasından təxminən 900 ilan qaçıb. Qaçan ilanlar arasında zəhərli kobraların da olduğu bildirilir.

Medianews.az xəbər verir ki, hadisə Liulan bəndinin güclü yağışlar səbəbindən zədələnməsindən sonra baş verib.

Daşqın suları yaxınlıqdakı ilan yetişdirmə təsərrüfatını su altında qoyub və nəticədə yüzlərlə ilan ətrafa yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə palçıqlı daşqın sularında hərəkət edən çoxsaylı ilanlar əks olunub. Bəzi kənd sakinləri isə bambuk çubuqları ilə ilanları tutmağa çalışıblar.

Yerli hakimiyyətin məlumatına əsasən, fermadan qaçan ilanlar arasında zəhərli kobralar, kral siçovul ilanları və zəhərsiz su ilanları var. Səlahiyyətlilər ilanların hamısının təhlükəli olmadığını bildirsələr də, zəhərli növlərin olması səbəbindən ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Hadisədən sonra bölgəyə xilasedicilər və xüsusi qruplar göndərilib. Onlar həm daşqından zərər çəkən sakinlərə yardım göstərir, həm də ətrafa yayılan ilanların tutulması istiqamətində iş aparırlar.

Medianews.az 

Bizə qoşulun