Medianews.az
Bir sıra məhsullar gömrük rüsumundan
106 baxış

Bir sıra məhsullar gömrük rüsumundan azad olunacaq

Milli Məclis "Gömrük tarifi haqqında" qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Medianews.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, Ələt Azad İqtisadi Zonasında istehsal edilən və ya kifayət qədər emaldan keçən bəzi Azərbaycan mənşəli məhsullar müəyyən şərtlərlə gömrük rüsumundan azad olunacaq.

Qaydaya görə, həmin malların ən azı 50 faizinin ölkə xaricinə ixrac edilməsi tələb olunur. Bu şərt yerinə yetirildiyi halda, məhsulların Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən hüquqi şəxs tərəfindən əsas iqtisadiyyata gətirilməsi zamanı gömrük rüsumu tətbiq edilməyəcək.

Güzəşt istehsalçı və ya emalçı şirkətin yaradıldığı tarixdən etibarən 15 il müddətində qüvvədə olacaq.

Qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.//Milli.Az

Bizə qoşulun