Medianews.az
İspaniyada meşə yanğınları:
86 baxış

İspaniyada meşə yanğınları: 12 nəfər ölüb

İspaniyanın Almeriya əyalətində iyulun 9-da baş verən meşə yanğınında ən azı 12 nəfər həlak olub. 

Medianews.az xəbər verir ki, bu barədə "El País" qəzeti Əndəlüs muxtar icmasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, magistral yolun yaxınlığında elektrik kabeli qırılıb və bu, ehtimal ki, yanğına səbəb olub. Yanğın tezliklə yaxınlıqdakı meşəyə yayılıb.

Yanğınsöndürmə əməliyyatlarında təxminən 300 nəfər, o cümlədən təcili yardım xidmətinin əməkdaşları və Fövqəladə Hallar bölməsinin əsgərləri iştirak edir./Unikal.az

Bizə qoşulun