Medianews.az
Dembele Mbappenin
77 baxış

Dembele Mbappenin gizli planını AÇIQLADI

Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-nın 1/4 finalında Mərakeş şəbəkəsinə vurduğu qolun maraqlı sirrini açıb.

Medianews.az xəbər verir ki, futbolçu, bu qolda kapitan Kilian Mbappenin dahi taktiki məsləhətinin həlledici rol oynadığını bildirib:

 "Kilian qoldan iki-üç dəqiqə əvvəl mənə mərkəzdə qalmağımı, fürsət tapan kimi əks-hücum edəcəyimizi dedi. Və belə də oldu. Sonra o, boşluq yaratmaq üçün çox yaxşı qaçış etdi. Gördüm ki, bir az boşluq var, qapıya zərbə endirməyə çalışdım və bu, işə yaradı".

Xatırladaq ki, Mbappenin assisti və Dembelenin qolu sayəsində Mərakeşi 2:0 hesabı ilə keçən Fransa turnirin yarımfinalına yüksəlib.

Medianews.az

Bizə qoşulun