Medianews.az
Mourinyodan Arda Gülər ilə bağlı
94 baxış

Mourinyodan Arda Gülər ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

İddialara görə, "Real Madrid"də Arda Gülərin yeni mövsümdə əsasən sağ cinahda çıxış etməsi planlaşdırılır.

Medianews.az xəbər verir ki, komandanın baş məşqçisinin Arda Güləri bu mövqedə Federiko Valverde ilə rotasiya etməyi düşündüyü bildirilir.

İddia olunur ki, məqsəd gənc futbolçunu müxtəlif mövqelərdə oynadaraq yormaq əvəzinə, onun ən səmərəli çıxış etdiyi zonada maksimum fayda əldə etməkdir.

Xəbərdə qeyd olunur ki, Arda Güler son üç mövsümdə altı fərqli mövqedə çıxış etsə də, qol və məhsuldar ötürmə baxımından ən uğurlu göstəricilərini məhz sağ cinahda nümayiş etdirib.

Bununla belə, "Real Madrid" tərəfindən Arda Gülərin yeni mövsümdəki mövqeyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun