Medianews.az
Həkim 15 xəstənin ölümünə
92 baxış

Həkim 15 xəstənin ölümünə SƏBƏB OLDU

Almaniyada ağır xəstələrə qulluq edən 41 yaşlı palliativ yardım həkimi 15 pasiyentini qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alıb.

Medianews.az xəbər verir ki, o, 3 il ərzində yaşları 25 ilə 94 arasında dəyişən 12 qadın və 3 kişiyə öz razılıqları olmadan ölümcül dozada dərman vurub.

Cinayətin üstü açılmamışdan önçə həkim bir gündə iki yaşlı xəstəni öldürüb və izi itirmək üçün onlardan birinin evini yandırmağa cəhd edib. Tutulduqdan sonra o, əməlini xəstələrin "əzablarını yüngülləşdirmək" istəyi ilə əsaslandırmağa çalışıb.

Prokurorluq isə bu 15 ölümün hələ başlanğıc olduğunu bildirir; hazırda həmin həkimin müalicə etdiyi daha 76 şübhəli ölüm hadisəsi araşdırılır.

Medianews.az

Bizə qoşulun