Amerikalı televiziya ulduzu Kim Kardaşyan ilə Formula 1 pilotu Luis Hamiltonun münasibətlərinə son qoyduğu iddia edilir.
Medianews.az xəbər verir ki, Kim Kardaşyan sosial media hesabından Hamiltonla birlikdə paylaşdığı fotoları silib, həmçinin onu izləmədən çıxarıb.
Bu addımlar cütlüyün ayrıldığı barədə iddiaları daha da gücləndirib.
Britaniya mətbuatında yer alan xəbərlərə əsasən, ayrılığın səbəbi kimi Hamiltonun Kim Kardaşyanın ögey bacısı, model Kendall Jennerlə bağlı keçmiş münasibətini tam geridə qoya bilmədiyi göstərilir.
İddialara görə, bu məsələ cütlük arasında ciddi fikir ayrılığı yaradıb və münasibətlərin sona çatmasına səbəb olub.
Bununla belə, nə Kim Kardaşyan, nə də Luis Hamilton ayrılıq iddiaları ilə bağlı rəsmi açıqlama verməyib. Hazırda yayılan məlumatlar xarici mətbuatda yer alan iddialara əsaslanır.
Medianews.az
