Medianews.az
İzmirdə küçənin ortasında silahlı hücum - dəfələrlə atəş açdılar -
78 baxış

İzmirdə küçənin ortasında silahlı hücum - dəfələrlə atəş açdılar - VİDEO

Türkiyənin İzmir şəhərinin Konak rayonunda bir iş yerinə silahlı hücum edən və küçənin ortasında tüfənglə dəfələrlə atəş açan iki nəfər polis tərəfindən saxlanılıb.

Medianews.az xəbər verir ki, hadisə Konak rayonunun Üçyol Bayramyeri məhəlləsində baş verib.

İddialara əsasən, aralarında ədavət olan şəxslər bir iş yerini hədəfə alaraq silahlı hücum təşkil ediblər. Hadisə zamanı şübhəlilər ov tüfəngləri ilə küçənin ortasında ardıcıl atəş açıblar. Ərazidə olan vətəndaşların çəkdiyi görüntülərdə onların silahlarla küçədə hərəkət etdikləri və dəfələrlə atəş açdıqları əks olunub.

Hücumdan sonra silahlı şəxslər hadisə yerindən qaçsalar da, atəş səslərindən sonra əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilib.

İzmir Polis İdarəsinin Asayiş Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 55 yaşlı M.Z. və 51 yaşlı B.K. qısa müddətdə saxlanılıb.

Şübhəlilərdən cinayətdə istifadə edildiyi ehtimal olunan ov tüfəngi də götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Medianews.az

Bizə qoşulun