Medianews.az
Məşhur aktrisanın geyimi müzakirələrə səbəb oldu -
152 baxış

Məşhur aktrisanın geyimi müzakirələrə səbəb oldu - FOTOLAR

Türkiyəli aktrisa Melisa Aslı Pamuk uzun fasilədən sonra Paris Moda Həftəsində iştirak edərək diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, milli futbolçu Yusuf Yazıcı ilə evli olan aktrisa ötən il dünyaya gələn oğlu Mylanın doğumundan sonra ilk dəfə belə möhtəşəm tədbirdə görüntülənib.

Melisa Aslı Pamuk Paris Moda Həftəsinə dərin V-yaxalı və şəffaf detallarla işlənmiş qırmızı libasda qatılıb. Aktrisanın seçdiyi geyim həm moda tənqidçilərinin, həm də sosial media istifadəçilərinin diqqətini çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi aktrisanın zərif görünüşünü və geyim seçimini bəyəndiyini bildirərək onu tərifləyib.

Digər istifadəçilər isə libasın həddindən artıq açıq olduğunu iddia edərək tənqidi fikirlər səsləndiriblər.

Qeyd edək ki, Melisa Aslı Pamuk və milli futbolçu Yusuf Yazıcı 2024-cü ildə ailə həyatı qurublar. Cütlüyün oğlu Mylan 29 yanvar 2025-ci ildə dünyaya gəlib.

Medianews.az

Bizə qoşulun