Türkiyənin birinci xanımı Əminə Ərdoğanın NATO Liderlər Zirvəsi çərçivəsində dövlət və hökumət başçılarının həyat yoldaşları üçün təşkil etdiyi xüsusi qəbuldan yeni görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, görüntülər Çexiyanın Baş nazirinin həyat yoldaşı Monika Babişovanın sosial media hesabında paylaşdığı video vasitəsilə ictimaiyyətə təqdim olunub.
Videoda tədbirdə qonaqlara təqdim edilən desertlərin hər bir iştirakçı üçün fərdiləşdirildiyi görünür. Monika Babişovaya təqdim olunan desertin üzərində onun ad və soyadının baş hərfləri olan "MB" yazısı yer alıb. Bu detal tədbirin ən çox diqqət çəkən məqamlarından biri olub.
Qəbul proqramında Türkiyənin məşhur sənətçisi Ajda Pekkan da çıxış edib. Paylaşılan görüntülərdə sənətçinin ifa etdiyi mahnılar və liderlərin həyat yoldaşlarının konserti maraqla izlədiyi əks olunub.
Qeyd edək ki, Əminə Ərdoğanın ev sahibliyi etdiyi proqram NATO Liderlər Zirvəsi çərçivəsində təşkil olunan sosial tədbirlərdən biri olub.
Medianews.az