Medianews.az
Çində ayaqqabı fabrikində dəhşətli yanğın:
74 baxış

Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər öldü - ANBAAN VİDEO

Çinin Fujian əyalətinin Cinjiang şəhərində yerləşən "Huiteng Shoes" ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 28 nəfər həyatını itirib.

Medianews.az xəbər verir ki, yanğın qısa müddətdə fabriki bürüyüb.

Hadisə yerinə 35 yanğınsöndürmə maşını və çoxsaylı xilasedici qüvvələr cəlb olunub. Aparılan əməliyyat nəticəsində 183 nəfər təhlükəsiz şəkildə xilas edilib.

Bildirilir ki, yanğın zamanı bəzi işçilər alovdan xilas olmaq üçün fabrikin damına çıxaraq xilasedicilərin gəlməsini gözləyiblər.

Yerli hakimiyyət orqanları yanğının artıq tam nəzarət altına alındığını açıqlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Faciədən sonra Çin Prezidenti Si Cinpin xüsusi göstəriş verərək yaralıların müalicəsi, həyatını itirənlərin ailələrinə hərtərəfli dəstəyin göstərilməsi, yanğının səbəblərinin operativ araşdırılması və məsul şəxslərin qanun qarşısında cavab verməsi üçün bütün resursların səfərbər edilməsini tapşırıb.

Prezident Si Cinpin açıqlamasında ölkədə bu il baş vermiş istehsalat qəzalarını da xatırladaraq bildirib ki, yerli hakimiyyət orqanları və aidiyyəti qurumlar bu hadisələrdən ciddi nəticə çıxarmalı, müəssisələrdə təhlükəsizlik risklərini aradan qaldırmaq üçün genişmiqyaslı yoxlamalar aparmalı və oxşar faciələrin təkrarlanmaması üçün zəruri tədbirlər görməlidirlər.

Medianews.az

Bizə qoşulun