Medianews.az
Serdar Ortaçdan illər sonra “Ata” etirafı:
114 baxış

Serdar Ortaçdan illər sonra “Ata” etirafı: “Çox döyülmüşəm”

Türkiyəli tanınmış müğənni Sərdar Ortaç son illərdə sağlamlıq problemləri ilə gündəmə gəlir. Müxtəlif zamanlarda hərəkət etməkdə çətinlik çəkdiyini bildirən Ortaç bu dəfə atası ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.

Medianews.az xəbər verir ki, o, bu barədə türkiyənin “Sabah” qəzetinə danışıb.

Müğənni bildirib ki, sərt ata tərbiyəsi alıb:

“Atam tam bir Osmanlı kişi idi. Uşaqlarını çox sevirdi, amma bizə qarşı çox sərt davranırdı. Çox döyülmüşəm.”

Sərdar Ortaç həmçinin illər sonra atasının tərbiyəsini daha yaxşı anladığını deyib:

“Yaxşı ki, belə davranıb. İndi nə qədər haqlı olduğunu başa düşürəm. Avtoritetsiz böyüyən uşaqlardan heç nə olmaz”.

Qeyd edək ki, 2014-cü ildə model Kloi Louqnən ilə evlənən Ortaç 2019-cu ildə razılaşma ilə boşanıb. O, yaxınlarda “Ata olmağı çox istərdim, amma olmadı” deyərək üzüntüsünü ifadə etmişdi.

Medianews.az

 

Bizə qoşulun