Medianews.az
İndoneziya sahillərində
49 baxış

İndoneziya sahillərində güclü zəlzələ

İndoneziya sahillərində 5.5 maqnitudasında yeraltı təkanlar baş verib.

Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 282 min nəfər əhalisi olan Kupang şəhərindən 133 km şimal-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 77 kilometr dərinlikdə qeydə alınıb.

Təbii fəlakət nəticəsində xəsarət alanlar və ya bina dağıntıları barədə hələ heç bir məlumat daxil olmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib./oxu.az

Bizə qoşulun