12.05.2025, 08:10
113 baxış
Nailə
Alça yığarkən yıxılıb öldü
Dünən Göyçayda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1975-ci il təvəllüdlü Müşfiq Şirinov yaşadığı Bığır kəndində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.