Medianews.az
Dəniz sahilində <span style=color:red>güclü ZƏLZƏLƏ
136 baxış

Dəniz sahilində güclü ZƏLZƏLƏ

Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb. "Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də (Bakı vaxtı ilə saat 05:47-də) paytaxt Port Viladan 25 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib. ABŞ-nin Sunami Xəbərdarlıq Sistemi sunami təhlükəsi elan edib, lakin hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bizə qoşulun