Medianews.az
Suriyada hərbi hərəkətlənmənin SƏBƏBİ: <span style=color:red>Rusiyanın Azərbaycana təzyiqlərini azaltmaq üçün...
237 baxış

Suriyada hərbi hərəkətlənmənin SƏBƏBİ: Rusiyanın Azərbaycana təzyiqlərini azaltmaq üçün...

Suriyanın Hələb əyalətində ötən gün silahlılar hökumət qoşunlarına qarşı hücuma keçib. Bu barədə xarici mediada xəbərlər yayılıb. Məlumata görə, "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması Hələbin 32 yaşayış məntəqəsini, ətrafdakı strateji yüksəklikləri, Suriya ordusunun bu əyalətdə yerləşən ən böyük hərbi bazasının ələ keçirib. Döyüşlərdə "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının yüzə yaxın üzvünün ölüb, bölgədən qaçan 10 mindən çox dinc sakinin isə İdlib çölünə sığınıb. Hələbə silahlıların hücumu nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) komandanının müşaviri briqada generalı Kiumərs Purhaşimi (Kiumars Pourhashemi) də öldürülüb. Belə bir fonda Suriya lideri Bəşər Əsədin təcili Moskvaya getdiyi, Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü bildirilib. Baş verənlərə qarşılıq olaraq, Suriya ordusunun Hələb əyalətində itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başladığı da qeyd olunub. Məlumata görə, Suriya ordusu apardığı şiddətli döyüşlər nəticəsində Əl-Bakum şəhərinə nəzarəti geri qaytarıb. Hazırda İdlibin cənub-şərqində silahlı qruplara qarşı hərbi əməliyyatlar davam etdirilir. İsraillə Livanın (“Hizbullah”) atəşkəs haqqında razılıq əldə etməsi, HƏMAS-ın da oxşar addımı atmağa hazır olmasına dair bəyanat səsləndirməsi ilə eyni vaxtda Suriyada silahlı qarşıdurmanın baş verməsi təsadüfdürmü? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Rusiyanın indiki zəif durumundan və ABŞ-dəki aralıq dövrdən istifadə edərək, Suriyada əməliyyatlara başlayan Türkiyə, artıq Hələb şəhərinin girəcəyindədir. Onun sözlərinə görə, Şəhərin tezliklə alınacağı mütləqdir: “Türkiyə dəstəkli Azad Suriya Ordusu (ÖSO) və HTŞ silahlı birləşmələrinin İdlib istiqamətindən Suriyanın cənubunda əvvəllər əlində olan, amma sonra Rusiyanın da dəstəyi ilə Bəşər Əsəd ordusunun nəzarətinə keçən Hələb şəhərinin, M5 magistral quru yolunun yenidən geri qaytarılması üçün əməliyyatlara başlayıb. M5 magistralı Serakibdən keçməklə Həma, Hums, Hələbdən keçməklə Suriyanın şimal-qərb ərazilərini birləşdirir. Vaxtilə Rusiya və Türkiyə arasında razılaşmaya görə, Hələbdən müxaliflərin avtobuslarla çıxarılması görüntüləri hamının yadında olar. Onda Türkiyə bu prosesi təşkil etmişdi. M5 yolunun ətrafından isə 25 km-lik təhlükəsizlik zolağı yaradılmışdı hər tərəfə 12,5 km olmaqla. Türkiyənin öncədən Suriya ərazisində qurduğu 20-yə yaxın hərbi məntəqələrdən bir neçəsi də Suriya ordusunun nəzarət etdiyi ərazilərdə qalmışdı ki, indi də oradadır. Rusiyanın indiki zəif durumundan və ABŞ-də aralıq dövrdən istifadə edilərək, Suriyada əməliyyatlara başlayan Türkiyə artıq Hələb şəhərinin girəcəyindədir. Şəhərin tezliklə alınacağı mütləqdir. Bəşər Əsəd Rusiyaya kömək üçün Vladimir Putinin yanına gedib”. A.Qasımov deyib ki, sözügedən hücum həm çoxdan hazırlanırdı, həm də gözlənilirdi: “Məsələ Bakı və Ankaranın Rusiyanın cavab reaksiyasını planlaşdırmasıdır. Hesab edirəm ki, son dövrlər Türkiyənin Azərbaycan lehinə olmayan bir neçə xırda hərəkətləri bu hücumdan sonra Rusiyanın Azərbaycana ola biləcək təzyiqlərini azaltmaq üçün edilib. Rusiya görsün ki, Türkiyə Azərbaycandan nisbətən soyuyub və aralarında soyuqluq yaranıb. Son dövrlər Azərbaycan mediasında olan müəyyən gedişlərin də buna hesablandığı qənaətindəyəm. Azərbaycan Türkiyənin əməliyyatlarına kənardan zəmin yaradır”. Siyasi şərhçinin qənaətincə, “Hizbullah”ın, HƏMAS-ın böyük ölçüdə hərbi və siyasi arenadan silinməsinin Türkiyənin əlini gücləndirən faktor olması nisbi xarakter daşıyır: “Türkiyənin qarşısını alan Rusiya amili idi. Qeyd edilən amillər isə ikinci dərəcəli məsələdir. Türkiyə bu qüvvələrə qarşı, eyni zamanda, bura İran dəstəkli şiə milisləri də əlavə etmək lazımdır, ciddi cavab vermək potensialına malik idi. Rusiyanın dəstəyi Türkiyənin planlarını pozdu. Türkiyə göründüyü kimi sərhədindən kənarda apardığı üç antiterror əməliyyatını öz ordusu ilə etdi və qələbə qazandı. Təbii ki, burada ABŞ və Rusiyanın razılığı alınmışdı. Amma proksi qruplarla apardığı əməliyyatlar ciddi nəticə vermədi. Türkiyənin indiki geosiyasi durumdan istifadə etməsi yerinə düşdü. Böyük ehtimalla, Türkiyə ordusu Fıratın sağ və sol sahillərindəki Membiç, Tel-Rıfat və Kobaniyə də PKK ilə yarım qalan işini tamamlamaq üçün əməliyyatlar hazırlayıb”. Ərtürk İSMAYIL

Bizə qoşulun