Medianews.az
Kim daha üstündür?
77 baxış

Kim daha üstündür? İspaniya - Belçika matçı öncəsi STATİSTİKA

Bu gün DÇ-2026-nın 1/4 finalında turnirin iki nəhəngi – İspaniya və Belçika yarımfinalda Fransaya rəqib olmaq üçün Los-Ancelesdə meydana çıxır.

Medianews.az xəbər verir ki, oyun öncəsi komandaların tarixinə nəzər saldıqda İspaniyanın böyük üstünlüyü diqqət çəkir.

İndiyədək keçirilən 22 qarşılaşmada ispanlar 12, belçikalılar isə 5 qələbə qazanıb (5 oyun heç-heçə bitib). Lakin dünya çempionatlarındakı pley-off tarixində maraqlı bir fakt var: 1986-cı ilin dünya çempionatında məhz Belçika 1/4 finalda İspaniyanı penaltilər seriyasında turnirdən kənarlaşdırıb (5:4). İspanlar isə bunun əvəzini DÇ-1990-da qrupda (2:1) çıxıblar. Komandaların son rəsmi görüşü 2016-cı ildə baş tutub və İspaniya 2:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, 2010-cu ilin dünya çempionu İspaniyadan fərqli olaraq, Belçikanın tarixində kubok yoxdur və onların ən yaxşı nəticəsi DÇ-2018-dəki bürünc medaldır. 

Medianews.az

Bizə qoşulun