Medianews.az
Seçkini müxalifət uddu
162 baxış

Seçkini müxalifət uddu

Macarıstanda aprelin 12-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

Medianews.az bildirir ki, rəsmi hesabata görə, əsas müxalif qüvvə - Peter Madyarın liderlik etdiyi Hörmət və Azadlıq Partiyası 199 nəfərlik Dövlət Məclisinə 138 mandat alır.

Hökumət qurmaq üçün 100 mandat kifayət edir.

Hakim Macar Vətəndaş İttifaqının koalisiya ortağı Xristian Demokrat Xalq Partiyası ilə birgə 55 mandat götürdüyü xəbər verilir. Qurumun lideri Viktor Orban 1998-2002-ci illərdə baş nazir olub, 2010-cu ildən eyni postu tutur.

Bizim Vətən Partiyası parlamentə 6 mandatla düşür.

Qanunverici orqanın 106 üzvü majoritar sistemlə (dairələr üzrə), 93 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) formalaşır.

1981-ci il təvəllüdlü Peter Madyar 2002-2024-cü illərdə Macar Vətəndaş İttifaqının üzvü olub. Viktor Orbanla yolları ayrılandan sonra Peter Madyar Hörmət və Azadlıq Partiyasına qoşularaq 2024-cü il iyulun 22-də qurumun lideri seçilib.

Medianews.az

Bizə qoşulun