Aktyor Elşən Orucov Türkiyədə yayımlanan "Çırak" serialının ikinci mövsümündə də rol alacaq.
Bu barədə aktyor özü sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, layihənin ikinci mövsümünün çəkilişlərinə artıq start verilib və hazırda komanda yeni bölümlər üzərində çalışır.
Elşən Orucov ekran işindəki rolunu davam etdirmək üçün İstanbula yollanıb. Aktyor hazırda serialın çəkiliş prosesində iştirak edir və yeni mövsümdə də tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Qeyd edək ki, "Çırak" serialının baş rollarında Türkiyənin tanınmış aktyorları Ozan Akbaba və Damla Sönmez yer alırlar. Kriminal-dram janrında çəkilən ekran işi ilk mövsümündə maraqlı süjeti və aktyor heyəti ilə izləyicilərin diqqətini cəlb etmişdi.
Yeni mövsümün yaxın aylarda tamaşaçılara təqdim olunacağı gözlənilir. Elşən Orucovun layihədə rolunu davam etdirməsi isə azərbaycanlı izləyicilər tərəfindən maraqla qarşılanıb./Musavat.com


