Medianews.az
Azərbaycanın ən yeni sosial-iqtisadi göstəriciləri
96 baxış

Azərbaycanın ən yeni sosial-iqtisadi göstəriciləri

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 2025-ci ilin eyni dövründəki göstəricini 0,8 faiz üstələyib, neft/qaz sektorunda 0,7 faiz geriləmə, qeyri-neft/qaz sektorunda 1,5 faiz yüksəliş qeydə alınıb.

Medianews.az bildirir ki, sənayedə artımın 0,1 faiz, kənd təsərrüfatında 2,2 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 8 faiz, informasiya və rabitə xidmətlərində 7,5 faiz, pərakəndə ticarət dövriyyəsində 3,7 faiz, sərmayədə 13,8 faiz, əhalinin nominal gəlirlərində 10,3 faiz olduğu xəbər verilir.

Qeyd olunur ki, yarım ildə 5,7 faiz inflyasiya gedib, yanvar-may aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 1175 manata çatıb.

Rəsmi açıqlamaya əsasən, iyulun 1-nə Azərbaycanın 4 milyard 616,8 milyon ABŞ dolları məbləğində xarici dövlət borcu olub. 2026-cı il 4 milyard 813,5 milyon dollarla başlamışdı.

Medianews.az

Bizə qoşulun