Medianews.az
Rusiyanın Polşaya dron hücumu ilə Azərbaycan təyyarəsini vurması arasında bənzərlik
1,210 baxış

Rusiyanın Polşaya dron hücumu ilə Azərbaycan təyyarəsini vurması arasında bənzərlik

“Rusiyanın Polşanın hava sahəsini dronlarla pozması Azərbaycanın mülki təyyarəsini raketlə vurmasına bənzəyir”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib: “Təyyarəmizi vuranda əvvəlcə dezinformasiya yaydılar, raket izi aşkarlandıqdan sonra faktlar qarşısında susmağa üstünlük verdilər.

Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir. Kremlin nəzarətindəki saytlar əvvəlcə dezinformasiya yaydılar ki, guya dronların Rusiya ordusuna aidiyyəti yoxdur. Ancaq faktlarla üzləşdiklərinə görə bizim nümunədə olduğu kimi susmağa üstünlük verməyə başlayıblar.

Kremlin həm mülki təyyarənin vurulmasında, həm də Polşanın hava sahəsini pozmasında siyasəti eynidir: Elədiyim hərəkətə (oxu: cinayətə) görə üzr istəyən deyiləm! Bu, Sankt-Peterburqun xuliqanlarla dolu küçələrinin öyrətdiyi “tərbiyənin” nəticəsidir”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun