Medianews.az
Ozan Akbaba doğulduğu evin fotosunu
92 baxış

Ozan Akbaba doğulduğu evin fotosunu paylaşdı

Məşhur aktyor Ozan Akbaba 25 il sonra Qarsa doğulduğu evə gedib.

Medianews.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

"25 il sonra, doğulduğum evdə... Hava, külək, səslər eynidir. Həyətdəki otlar və çiçəklər, qoxular eynidir. Qəribə bir hissdir.

Böyüdüm, çox şey gördüm, fırtınaya dözdüm, qorxu, kədər və sevinc yaşadım. Böyüdüm, amma çiçəklərin üzərinə düşən kölgəm eynidir. Çünki düşünürəm ki, bu qədər dəyişsəm də, çiçəklər heç dəyişməyib və şükürlər olsun ki, dəyişməyiblər... Bəxtim gətirib" deyə, aktyor bildirib.

Ozan Akbabanın doğulduğu evin görüntüləri müzakirələrə səbəb olub./baku.ws/

Ozan Akbaba doğulduğu evin fotosunu paylaşdı

Bizə qoşulun