Medianews.az
Messinin heykəlini ikiyə böldülər -
89 baxış

Messinin heykəlini ikiyə böldülər - FOTO

Argentina millisinin hücumçusu Lionel Messinin Mar-del-Plata şəhərindəki heykəli dağıdılıb.

Medianews.az xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb. 

Şəhərdə kafelərin birinin önündə olan heykəl ikiyə bölünüb. 

Qeyd edək ki, heykəldə Messi Argentina millisinin formasında, əllərində dünya çempionluğunun kuboku ilə əks olunmuşdu. Skulptura 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna həsr olunub.

Xatırladaq ki, bu Messinin heykəlinə ikinci hücumdur. 2024-cü ildə də eyni hal baş vermişdi. 

Bizə qoşulun