Medianews.az
DÇ-2026-da Mbappe fırtınası:
87 baxış

DÇ-2026-da Mbappe fırtınası: Fransalı ulduzdan yeni REKORD

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Mərakeşlə oyundakı (2:0) 1 qol və 1 məhsuldar ötürməsi ilə futbol tarixinə düşüb.

Medianews.az xəbər verir ki, Mbappe son 60 ildə iki fərqli dünya çempionatında 10 və daha çox qolda birbaşa iştirak edən (qol və ya assist) yeganə futbolçudur.

O, DÇ-2022-də 10 məhsuldar fəaliyyətlə (8 qol, 2 ötürmə) yadda qalmışdısa, cari DÇ-2026-da artıq bu göstəricini üstələyərək 11-ə (8 qol, 3 ötürmə) çatdırıb.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya - Belçika matçının qalibi yarımfinalda məhz Mbappenin Fransasına rəqib olacaq. turnirin böyük finalı isə iyulun 19-da ABŞ-da baş tutacaq.

Medianews.az

Bizə qoşulun