Medianews.az
Mbappe ilə bağlı "Real"a
60 baxış

Mbappe ilə bağlı "Real"a pis XƏBƏR

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqanın 15-ci turunda "Selta"ya qarşı keçirilən qarşılaşmada (0:2) zədə alıb.

Milli.Az xəbər verir ki, fransalı ulduz futbolçu matçın birinci hissəsinin sonlarında müdafiəçi Oskar Minqesa ilə toqquşma nəticəsində sol əlindəki adsız barmağını sındırıb.

Məlumata görə, bu zədə Mbappenin dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Mançester Siti" ilə oyunda iştirakına mane olmayacaq.

Qeyd edək ki, Mbappe cari mövsümdə "Real Madrid"in heyətində bütün turnirlər üzrə 21 matçda meydana çıxaraq 25 qol və 4 assistlə yadda qalıb.

Bizə qoşulun