Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın istehzalı və uyğun olmayan zarafatlarından inciyib.
Medianews.az xəbər verir ki, bu barədə Makron Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlama verib.
Fransa lideri Trampın sözlərinin cavaba layiq olmadığını bildirib. Makron cavab vermək əvəzinə diqqəti İran münaqişəsinin nəticələrinə yönəldib. O, enerji daşıyıcılarının qiymət artımına toxunaraq, bölgədə vəziyyətin yalnız deeskalasiya, atəşkəsin təmin olunması və danışıqların bərpası ilə həqiqətən həll edilə biləcəyini vurğulayıb.
Fransa lideri qeyd edib ki, diplomatik yollar münaqişənin qarşısını almaq və regionda sabitliyi təmin etmək üçün yeganə çıxış yoludur.
Medianews.az