Medianews.az
Gənc qadın hündürlükdən tullanışı zamanı həlak oldu -
107 baxış

Gənc qadın hündürlükdən tullanışı zamanı həlak oldu - VİDEO

Çində hündürlükdən (bungee jumping) tullanışı zamanı ağır qəza olub.

Medianews.az xəbər verir ki, insident Sıçuan əyalətində yerləşən macəra parkında baş verib.

Hadisə zamanı gənc qadın təhlükəsizlik sistemində problem olduğunu bildirərək “bağlantı möhkəm deyil” deyə xəbərdarlıq edib.

Qısa müddət sonra o, platformadan yıxılaraq kanyona düşüb və ağır yaralanıb. Xəstəxanaya aparılsa da, yolda həyatını itirib.

İlkin məlumatlara görə, hadisə 3 may 2026-cı ildə Huayin yaxınlığındakı parkda qeydə alınıb. Qadının təhlükəsizlik kəməri ilə sistemə bağlandığı, lakin eniş zamanı nəzarətin itirildiyi bildirilir.

Qəzanın ardından macəra parkının fəaliyyəti 10 maya qədər müvəqqəti dayandırılıb və rəsmi istintaq başladılıb.

Medianews.az

 

 

Bizə qoşulun