Medianews.az
"Çətin insan”la ünsiyyət bioloji
59 baxış

"Çətin insan”la ünsiyyət bioloji yaşınızı artırır

Amerikalı sosioloqlar Benkyu Li və Brea Perri qarşıdurma və təzyiq göstərən insanlarla müntəzəm ünsiyyətin bioloji qocalmanı sürətləndirdiyini açıqlayıb.

Medianews.az xəbər  verir ki, alimlər bildiriblər ki, hətta bir “çətin insan”ın ətrafda olmaq belə qocalma sürətini təxminən 1,5 faiz artırır.

Tədqiqatda iki mindən çox yetkin iştirak edib. “Çətin insanlar” dedikdə, başqalarının həyatını çətinləşdirən, gərginlik yaradan şəxslər nəzərdə tutulur. Bu şəxslər əksər hallarda qohumlar, həmkarlar və qonşular kimi sevilən insanlardır. Araşdırma göstərib ki, təsir xüsusilə qadınlara və sağlamlığı zəif olanlara daha çox aiddir.

Alimlər qeyd ediblər ki, nəticələr səbəb-nəticə əlaqəsini göstərmir, amma mənfi təsirləri azaltmaq üçün stress yaradan insanlarla ünsiyyəti məhdudlaşdırmaq və müsbət sosial əlaqələri gücləndirmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun