ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində bir şəxsin küçədə təhlükəli hərəkətləri panikaya səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına düşüb.
56 yaşlı Brian Mattsonun evlərin qapılarını təsadüfi döyərək əlindəki bıçaqla hücum hərəkətləri etdiyi görülüb. Onun daha sonra hadisə yerindən uzaqlaşdığı anlar da qeydə alınıb.
Görüntülərin yayılması ictimaiyyətdə narahatlıq yaradıb. Polis şübhəlini qısa müddətdə saxlayaraq həbs edib.
Medianews.az