Medianews.az
“Barsa” Mbappeni niyə transfer etməyib? -
122 baxış

“Barsa” Mbappeni niyə transfer etməyib? - Sabiq prezident açıqladı

“Barselona”nın keçmiş prezidenti Xosep Maria Bartomeu bildirib ki, Neymarın 2017-ci ildə ayrılmasından sonra rəhbərlik Kilian Mbappeni transfer etməyi düşünüb. Lakin o vaxtkı baş məşqçi Ernesto Valverde Usman Dembeleni transfer etməyi seçib.

 “Barça Universal” Bartomeunun sözlərini sitat gətirib:

“Neymarın gedişi klub üçün şok oldu. Biz onun getməsini istəmirdik. Bundan sonra klub onun yerinə başqa bir oyunçu axtarmağa başladı. Mbappe üçün bir, Dembele üçün isə başqa bir təklif verdik. Məşqçilər heyəti Dembeleyə üstünlük verdi. Məşqçilər heyəti Mbappe ilə Dembele arasında seçim etdi”./publika.az

Bizə qoşulun