ABŞ ilk dəfə olaraq uzaq mənzilli hipersəs raket sistemini xaricdə sınaqdan keçirib.
Medianews.az bildirir ki, söhbət “Qara qartal” adı verilən raket kompleksindən gedir.
Sınaq Avstraliyada genişmiqyaslı hərbi təlimlər zamanı həyata keçirilib.
Səsdən beş dəfə çox sürətlə gedən və uçuş zamanı manevr edərək müdafiə sistemlərindən yayınmağı bacaran “Qara qartal” raketi təxminən 2775 kilometr aralıdakı hədəfi vura bilir.
