Medianews.az
Telefona görə nənə və babasını <span style=color:red> güllələdi
160 baxış

Telefona görə nənə və babasını güllələdi

Braziliyada məktəbli ailədaxili mübahisədən sonra nənə və babasını güllələyib. Medianews.az xəbər verir ki, hadisə Fransisko Beltran bələdiyyəsində baş verib. 13 yaşlı uşaq əvvəlcə babasını yaralayıb, daha sonra nənəsinin sinəsinə 5 güllə açıb. Kişi asayiş keşikçilərini çağıra bilib və yaralanmasına baxmayaraq uşağa müqavimət göstərərək onu zərərsizləşdirib. Zərərgörənlər nəvəsini yeddi yaşından böyüdüblər. İlkin məlumata görə, münaqişə azyaşlıya smartfondan istifadənin qadağan edilməsi ilə başlayıb. Uşaq dayısına məxsus tapançadan atəş açıb. Polisin müəyyən etdiyi kimi, məktəbli silahı əldə etmək üçün qohumunun maşınına girib. Qeyd olunur ki, hadisədən sonra uşaq meşədə gizlənsə də, o, tez tapılaraq saxlanılıb. Medianews.az

Bizə qoşulun