Ağdərə rayonunun Qırmızı kənd ərazisində mülki şəxsin minaya düşməsi faktı qeydə alınıb. Medianews.az-ın məlumatına görə, hadisə zamanı Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini, Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda hadisə yerindən yaralının təxliyəsi və ilkin tibbi yardım göstərilməsi istiqamətində tədbirlər görülür.