Medianews.az
Pələng bir hücumda 3 qadını<span style=color:red>  PARÇALADI
142 baxış

Pələng bir hücumda 3 qadını  PARÇALADI

Hindistanda üç qadın pələngin qurbanı olub. Medianews.az xəbər verir ki, hücum mayın 10-da Maharaştra ştatının Mendhamal kəndi yaxınlığındakı meşədə baş verib. Dörd qadın qara xurma yarpaqlarını yığarkən yırtıcı tərəfindən hücuma məruz qalıb. Pələng üç hindistanlı qadını parçalayıb, dördüncü qadını isə ağır yaralayıb. Daha sonra kolluqlarda cəsəd hissələri tapılıb. Yırtıcının qurbanları 55 yaşlı Kantabay Çoudxari, onun 30 yaşlı gəlini Şubhanqi Çoudxari və 50 yaşlı Sarika Şende olub. Zooloji ekspertlər bunun regionda üç insanın həyatına son qoyan bir pələng hücumu ilə bağlı ilk sənədləşdirilmiş hadisə olduğunu söyləyib. Hadisədən dərhal sonra meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Meşədə videokameralar quraşdırılıb. Hücumun miqyasından şoka düşən kənd sakinləri vəhşi heyvanın dərhal tutulmasını tələb edərək etiraz aksiyası keçiriblər. Meşəçilər ərazidə patrul xidmətini gücləndirib və meşə sahələrinə girməmək barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bu cür hücumların tezliyinin və intensivliyinin artmasını yırtıcıların təbii yaşayış mühitinin azalması ilə əlaqələndirirlər. Təkcə Maharaştra ştatında son üç ildə 225-dən çox insan vəhşi heyvanların qurbanı olub. Medianews.az

Bizə qoşulun