Medianews.az
Sabahdan başlayır, güclü olacaq: <span style=color:red>Əhaliyə XƏBƏRDARLIQ
512 baxış

Sabahdan başlayır, güclü olacaq: Əhaliyə XƏBƏRDARLIQ

Mart ayının son günlərində, xüsusilə 26-28 tarixlərində orta güclü maqnit qasırğası gözlənilir. Musavat.com xəbər verir ki, bu dövrdə baş ağrıları, təzyiq dəyişiklikləri və digər narahatlıqların yaranması mümkündür. Bundan əlavə, 27 fevral - 1 mart tarixləri arasında Günəş aktivliyinin artması nəticəsində zəif geomaqnit qasırğası baş vermişdi. Bu cür hadisələrin təkrarlanması ehtimalı olduğundan, martın son günlərində də diqqətli olmaq tövsiyə edilir. Ümumiyyətlə, 2025-ci ildə Günəş aktivliyinin pik nöqtəsinə çatması proqnozlaşdırılır ki, bu da maqnit qasırğalarının daha güclü və tez-tez olmasına səbəb ola bilər. Sağlamlığınızı qorumaq üçün tövsiyələr: Balanslı qidalanma və kifayət qədər yuxu rejimi təmin edin. Stressdən qaçınmaq üçün rahatlama texnikalarından istifadə edin. Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yanlarında saxlasınlar.

Bizə qoşulun