Medianews.az
Təbiətin rəngi qaçır: <span style=color:red>Alimlər həyəcan təbili çalırlar
210 baxış

Təbiətin rəngi qaçır: Alimlər həyəcan təbili çalırlar

Yerin ən gözəl riflərinin demək olar böyük bir qəbiristanlığa çevrildiyini söyləyən mütəxəssislər bunun səbəbini istiləşmə ilə əlaqələndirirlər. Ekoloqların fikrincə, istiləşmə təbii rəngləri soldurur. Medinaews.az CNN kanalına istinadla xatırladır ki, Avstraliyadakı "Böyük sədd" adlanan rif dünyanın ən böyük mərcan rifidir. Burada 1500-dən çox balıq, eləcə də 411 növ mərcan yaşayır. Ərazi turistləri cəlb edən bölgə olduğuna görə hər il ölkəyə milyardlarla dollar gəlir gətirir. Lakin tədqiqatçılar narahatdır, çünki rekord qıran okean temperaturu hazırda bu təbiət möcüzəsinə ciddi ziyan vurur. Belə ki, iqlim dəyişikliyi səbəbindən mərcanlar getdikcə ağarır. Artıq bu proses təhlükəli həddə çatdığından tədqiqatçılar həyəcan təbili çalırlar. Avstraliyalı elm adamlarının fikrincə, bu rifin cənub adasında müşahidə etdikləri mərcanların 50%-dən çoxu ötən il ağara-ağara məhv olub. Alimlər xatırladırlar ki, 2024-cü ildə yay çox isti keçib və suyun temperaturunun kəskin artması rifin kütləvi ağarmasına səbəb olub. Elm adamları bildirirlər ki, riflərin bu cür kütləvi ağarması hadisəsi yeddinci dəfədir təkrarlanır. Oxşar hadisə 1998, 2002, 2016, 2017, 2020 və 2022-ci illərdə də baş verib. Sidney Universitetinin tədqiqatçıları beş ay ərzində "One Tree Island" rifindəki 462 mərcan koloniyasını ardıcıl, çox diqqətlə müşahidə ediblər. May ayına qədər koloniyalardan 370-i ağarıb, iyulda isə onların 52%-i tamam məhv olub. Bəzi növlərdə ölüm nisbəti hətta 95%-ə çatıb. Tədqiqatçılar qeyd edirlər ki, proses durmadan davam edalimlər elmi ir və fəlakətli həddə çatıb. Onlar bildirirlər ki, bu ərazidə olan ölü riflər ayrıldıqda, ardınca "koloniyanın dağılması" başlanır. Alimlərin araşdırması göstərib ki, "Goniopora" növündən olan mərcan növü uzun müddətdir qara zolaq xəstəliyindən əziyyət çəkir.

Bizə qoşulun