16.01.2025, 12:05
152 baxış
Lamiyə
Tənhalıqdan qoruxub əməliyyat etdirən müəllim ÖLDÜ
Rusiyada bir müəllim bədən plastikası əməliyyatı etdirən müəllim dünyasını dəyişib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mərhum, əməliyyatı tənhalıq və yaşının lağ edilməsindən qorxduğu üçün edib.
Marianın yaxınlarının dediyi kimi, o, gəncliyini geridə qoymasından və 40 yaşına qədər ailəsinin olmamasından narahat idi. İxtisasca müəllim olmasına baxmayaraq, son bir neçə ildə ixtisasını tərk edərək paltar mağazasında yarımştat işləyib. O, tək, kirayədə yaşayırdı. Bir kişi ilə tanış olmaq və uşaq sahibi olmaq arzusunda idi.
Keçən il Maria dodaqlarını və yanaq sümüklərini əməmliyyat etdirdi. O, həmçinin göz qapaqlarını qaldırmağı planlaşdırırdı, lakin artıq çəkisi olmasa da, bundan əvvəl bədən plastika əməliyyatı etdirmək istəyib.
O, həmin gün saat 12-də işə gəlməli idi və ondan əvvəl səhər saat 10-da prosedura gedib. Lakin orada onun vurulan dərmana allergiyası və epilepsiya tutması olub. Bundan sonra qadın dünyasını dəyişib.
Klinika möhürlənib. Proseduru həyata keçirən həkim hələ də saxlanılmayıb.
Paylaş: