Medianews.az
Avropada qazın qiyməti kəskin artıb
203 baxış

Avropada qazın qiyməti kəskin artıb

Noyabr ayında Avropada min kubmetr qazın qiyməti 21% artaraq 521 dollara yaxın olub. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə London ICE birjasının məlumatlarında qeyd olunub. Qaz fyuçerslərinin qiymətlərinin artmasına səbəb kimi Avstriyaya Rusiya qazı axınının dayandırılması, ABŞ-nin "Qazprombank"a qarşı sanksiyaları və Avropanın anbarlarının rekord dərəcədə boşalmasına səbəb olan soyuqlar göstərilir. Qeyd edək ki, oktyabrın sonunda min kubmetr qazın dəyəri 432 dollar olub. Bir il öncə isə Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 408 dollar təşkil edib.

Bizə qoşulun