11.10.2024, 08:33
140 baxış
Lamiyə
Pələng qadının boğazından YAPIŞDI
Hindistanda pələng 35 yaşlı qadına hücum edərək, onun boğazından yapışıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı, oktyabrın 8-də Arti adlı qadın ot biçərkən baş verib.
Zərərçəkən boyun nahiyəsindən ağır xəsarətlər alsa da, sağ qalıb və xəstəxanaya aparılıb.
Meşə İdarəsinin müfəttişi bildirib ki, oktyabrın 2-də ərazidə pələngin ayaq izləri aşkar edilib. Heyvanın Artiyə hücum etdiyi yerdən təxminən bir yarım kilometr aralıda meşədən çıxdığı görünür.
Hazırda idarənin əməkdaşları pələngi tutmaq üçün Kəbirgənc yaxınlığında videotələlər və yemlər quraşdırıblar.