Yunanıstanın Korinf bölgəsinin Eksamilia şəhərciyində sirkə istehsalı zavodunda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
"Proto Thema"in verdiyi məlumata görə, hadisə yerində beş işçi və bir sürücü olub.
Partlayışdan sonra böyük yanğın baş verib və sənaye müəssisəsinin avadanlıqları məhv olub.
"Müəyyən edilib ki, hadisə nəticəsində 25 yaşlı kişi həlak olub, bir qadın isə xəsarət alıb. O, Korinf şəhər xəstəxanasına çatdırılıb", – məlumatda qeyd olunur.
Yanğınsöndürmə xidmətinin operativ mərkəzi partlayışdan sonra yaranan yanğının söndürülməsi üçün 35 əməkdaş, könüllülər və 11 texnika səfərbər edib. Yanğın artıq tam söndürülüb.
İlkin məlumata görə, partlayış qaynaq işləri aparılan zaman sirkə olan çənlərdən birində baş vermiş ola bilər.//report