Medianews.az
“Neftçi” Bakıda “Dinamo Minsk”ə
482 baxış

“Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub

Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Medianews.az xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edib.
“Palms Sport Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşün baş hakimi kiprli Konstantinos Fellas olub.

İlk hissə “ağ-qaralar”ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar ardıcıl üç dəfə fərqlənərək hesabda geridönüş ediblər. Qarşılaşma “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizə qoşulun