Medianews.az
Masallıda çayda xəsarət alan 23 yaşlı gənc
156 baxış

Masallıda çayda xəsarət alan 23 yaşlı gənc vəfat edib

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

Medianews.az bildirir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun