Medianews.az
Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır
112 baxış

Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq Rusiya diplomatik missiyasının əməkdaşlarından birini “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

Medianews.az-ın “Reuters”ə istinadən məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.

Rumıniya XİN-in məlumatına görə, Rusiyanın səfiri xarici işlər nazirinin tapşırığı ilə nazirliyə çağırılıb.

Buna səbəb 24–26 iyul tarixlərində Rumıniyanın hava məkanının dəfələrlə pozulması və ölkə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi olub.

Konkret olaraq hansı diplomatın “arzuolunmaz şəxs” elan edildiyi qeyd olunmur.

Bizə qoşulun