Medianews.az
Qubada yol qəzasında
121 baxış

Qubada yol qəzasında bir nəfər ölüb

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az bildirir ki, qəza Quba–Qusar avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov hadisə yerində ölüb.

Bizə qoşulun