Medianews.az
“Ukraynanın bütövlüyü təmin edilməlidir”
127 baxış

“Ukraynanın bütövlüyü təmin edilməlidir”

Ukraynada davamlı sülh yalnız onun tam suverenliyi və ərazi bütövlüyü ilə mümkündür”

Medianews.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger deyib.

O vurğulayıb ki, davamlı sülh ədalətli və uzunmüddətli olmalıdır. Xarici işlər nazirinin sözlərinə görə, Kiyevin özünümüdafiə qabiliyyətinə, eləcə də dağıdılmış şəhərlərini bərpa etmək qabiliyyətinə və vətəndaşları üçün dinc həyat perspektivlərinə malik olmasını təmin etmək vacibdir.

Beate Meinl-Reisinger əlavə edib ki, Avropa ölkələri yalnız “güclülərin hüququ”nun tətbiq olunduğu dünyada yaşamaq istəmir, buna görə də Avstriya sırf qanun gücünün ərəfdarıdır.

Medianews.az

Bizə qoşulun