Medianews.az
Çuameni:
204 baxış

Çuameni: "Dembele komandanın əsas elementidir"

Fransa millisinin yarımmüdafiəçisi Orelyen Çuameni komanda yoldaşı Osman Dembelenin yığmadakı rolundan danışıb.

Medianews.az-ın məlumatına görə, Çuameni bildirib ki, Dembele təkcə meydanda deyil, həm də komanda daxilində mühüm fiqurdur.

Onun sözlərinə görə, hücumçu komandanın yarımmüdafiə və hücum xəttini birləşdirir və liderlik keyfiyyətləri ilə seçilir.

Futbolçu əlavə edib ki, Dembele komanda atmosferini pozitiv saxlayır və daim yaxşı əhval-ruhiyyə yaradır. O, həmçinin “Qızıl top” sahibinin komandada olmasının böyük üstünlük olduğunu vurğulayıb.

Qeyd edək ki, Fransa yığması DÇ-2026 qrup mərhələsində növbəti oyunlarını İraq və Norveçə qarşı keçirəcək.

Medianews.az

Bizə qoşulun