Medianews.az
Rədd cavabı aldı,
56 baxış

Rədd cavabı aldı, özünü yandırdı

Taylandda 44 yaşlı kişi sevdiyi qadın tərəfindən rədd edildiyi üçün özünü yandırıb.

Medianews.az xəbər verir ki, hadisə Pattaya şəhərində baş verib.

Kişi əlilliyi olan lotereya bileti satıcılarının sürücüsü olub və hər gün onları evə aparıb. Qadınlardan biri onun diqqətini cəlb edib. Kişi, dəfələrlə həmin qadına sevgisini etiraf etsə də, rədd edilib. 

Qonşusunun sözlərinə görə, kişi ona özəl həyatının uğursuzluqlarından danışıb. Daha sonra özünü benzinlə özünü yandırıb.

Hadisə yerinə gələn xilasedicilər kişini xəstəxanaya aparıblar. Onun bədəninin 30-40 faizindən çoxu yanıb. Polis sağaldıqdan sonra onu dindirməyi planlaşdırır.

Medianews.az

Bizə qoşulun