Medianews.az
Məşhur sənətçi ilə bağlı
56 baxış

Məşhur sənətçi ilə bağlı ŞAD XƏBƏR

Türkiyənin tanınmış sənətçisi Orhan Gencebay səhhətində yaranan problem səbəbilə yerləşdirildiyi xəstəxanadan buraxılıb.

Medianews.az xəbər verir ki, 81 yaşlı ustad sənətçi yüksək qızdırma şikayəti ilə tibbi yardıma müraciət edib.

Həkimlər tərəfindən COVID-19 şübhəsi ilə ehtiyat tədbiri olaraq müşahidə altına alınan Gencebayın müalicəsi uğurla tamamlanıb.

Aparılan testlər və müalicə nəticəsində sənətçinin səhhətində müsbət dinamika qeydə alınıb. Həkimlərin nəzarətindən sonra onun evə buraxılmasına qərar verilib.

Orhan Gencebay xəstəxananı həyat yoldaşı Sevim Emre ilə birlikdə tərk edib. Cütlük xəstəxanadan birgə çıxaraq avtomobillə evə yollanıb.

Qeyd edək ki, sənətçinin vəziyyətinin hazırda stabil olduğu bildirilir.

Bizə qoşulun